23 
Fev
2020
16:06
1097

Gürcüstanın ən böyük televiziya şirkətləri nə qədər qazanır?

Ötən il Gürcüstanda beş ən böyük televiziya kanalının reklam gəliri 45 milyon lariyə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Rabitə Komissiyasının saytında qeyd olunub.

2019-cu ildə ən böyük gəlir İmedi televiziya şirkəti tərəfindən qazanılıb - 24,6 milyon lari.

İkinci yerdə gəliri 13 milyon lari təşkil edən Rustavi-2 televiziya şirkəti qərarlaşıb.

Tv Pirveli 3,7 milyon lari gəlirlə üçüncü yeri tutub.

Yeni açılan "Ana Kanal" (Mtavari Arxi) reklamdan gəliri 2,44 milyon lari ilə 4-cü yeri tutub.

Ölkənin İctimai kanalı isə 1,09 miliyon gəlirlə 5-ci yeri tutub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər