22 
Fev
2020
14:55
2732

Gürcüstanın televiziya kanalında Azərbaycan milli rəqsi nümayiş etdirildi - VİDEO

Ötən gün Gürcüstanın “Post TV” televiziya kanalının “Post-Alion” səhər verilişi Beynəlxalq Ana Dili Gününə həsr olunub.

InterPress.ge xəbər verir ki, verilişdə müxtəlif xalqların adət-ənənələri və milli rəqsləri təqdim olunub.

Proqramda Azərbaycan mədəniyyətinə də yer verilib. “Ceyran” rəqs ansamblının ən kiçik solistləri Turan və Güllü Abdullayevalar Azərbaycanın “Naz eləmə” milli rəqsini ifa ediblər. Rəqs nömrəsini verilişin aparıcıları və qonaqları heyranlıqla və alqışlarla qarşılayıblar. Aparıcılardan biri Azərbaycan dilində “Çox sağ ol!” deyərək balaca rəqqaslara təşəkkürünü bildirib.

Səhər proqramının qonaqları arasında Gürcüstanın Aktiv Qadınlar Assosiasiyasının sədri Gültəkin Mustafayeva da olub. O, aparıcılara Azərbaycan dilində bəzi salamlama, hal-əhval tutma sözləri ilə müraciət edib və onların gürcü dilində mənalarını izah edib. G.Mustafayeva nümayiş etdirilən Azərbaycan milli rəqsi və adının mənası barədə də məlumat verib.(report)

Bizimlə əlaqə saxlayın