22 
Fev
2020
12:56
1385

İnternet üzərindən narkotik satan şəxs həbs edildi - VİDEO

Batumi şəhərində polis internet üzərindən narkotik satan 33 yaşlı kişini saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə bu gün Gürcüstan Daxili İşlər Nazirliyində məlumat verilib.

İstintaqın nəticələrinə görə, kişinin Batuminin müxtəlif yerlərində narkotik yerləri hazırladığı məlum oldu. Uzaqdan şəkilini çəkərək alıcılara narkotikin yerini koordinatları ilə birlikdə şəkilini göndərirmiş.

Məhkəmə qərarı əsasında polis gizli çəkilişlər aparıb.

Agentliyin yaydığı çəklişdə təqsirləndirilən şəxsin narkotikləri necə gizlətdiyini və sonra şəklini çəkdiyini görə bilərsiniz.

Saxlanılan şəxsin özünün qeyd etdiyi yerlərdən, polis üç dəstə eroin və təxminən on tablet “suboksin” götürüb.

Təqsirləndirilən şəxsin yaşadığı mənzildə polis əməkdaşları 20-dən çox tablet metadon, 6 paket heroin, 17 tablet "suboksin" tapdı.

Saxlanılan şəxs qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə və saxlama, həmçinin satmaq cəhdi ilə ittiham olunur.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin üç maddəsi ilə davam edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər