15 
Fev
2020
22:13
1078

Qonşular arasındakı mübahisə biri üçün xəstəxanada, digəri üçün isə həbsxanada başa çatdı

Tiflis polisi mübahisə zamanı qonşusunu yaralayan şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında bildirilib.

Məlumata görə, saxlanılan şəxs qonşusunu ayağından bıçaqla yaralayıb.

Daxili İşlər Nazirliyindən bu barədə ətraflı məlumat vermir. KVİ mübahisənin bu gün İsani rayonunda baş verdiyini, yaralanan şəxsin xəstəxanaya aparıldığı və həyatı üçün təhlükə olmadığı bildirilir.

Faktla bağlı istintaq başlanılıb. İstintaq "Qəsdən bədənə ağır zərər vurma" maddəsi ilə aparılır. Maddə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın