15 
Fev
2020
13:30
1193

Gürcüstanda ağır yol qəzası baş verib - 2 nəfər xəsarət alıb

Tbilisi - Senaki-Leselidze yolunun 209 cu kilometrliyində minik avtomobili ilə yük maşını toqquşub.

InterPress.ge İPN-ə istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.

Məlumata görə, hadisə nəticəsində minik avtomobilin sürücüsü və 1 sərnişin ağır xəsarət alıblar.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə əlaqəli istintaq 276-cı maddənin 2-ci hissəsi ilə aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər