15 
Fev
2020
09:53
1269

Gürcüstanın baş kitabxanaçısı azərbaycandilli məktəbə kitablar hədiyyə etdi

Gürcüstanın Milli Parlament Kitabxanasının baş direktoru, şair və yazıçı Giorgi Kekelidze Qardabani rayonuna səfər edib.

InterPress.ge xəbər verir ki, o, bu barədə özünün “Facebook” səhifəsində məlumat yayıb.

Rayonun Qaracalar kənd orta məktəbinə baş çəkən G.Kekelidze təhsil müəssisəsinə kitablar hədiyyə edib:

“Bu gün biz etnik azərbaycanlı vətəndaşlarımızın təhsil aldığı kiçik məktəbə baş çəkdik. Məktəbdə gürcü dilində olan yeni kitabxana yaratdıq”-deyə, öz “Facebook” səhifəsində yazıb.

Qeyd edək ki, kitabxananın baş direktoru Gürcüstanda mütaliəni və gürcüdilli ədəbiyyatın təbliği məqsədilə bütün ölkəni əhatə edən kampaniya həyata keçirir.(report)

Bizimlə əlaqə saxlayın