13 
Fev
2020
23:34
1311

Tbilisidə dörd avtomobil bir birinə çırpılıb - VİDEO

Tbilisidə Ağmaşenebeli küçəsində yol qəzası baş verib.

InterPress.ge xəbər verir ki, hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəyib və küçədə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Hadisə yerinə təcili yardım briqadası cəlb olunub.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol qəzasında 2-si yüngül, biri mikroavtobus və biri taksi olmaqla 4 avtomobil bir - birinə çırpılıb. Nəticədə isə 2 nəfər yüngül xəsarət alıb.

Yaralıları təcili tibbi yardım briqadası Tbilisidə xəstəxanalardan birinə yerləşdirib.

Faktla bağlı istintaq başlanılıb. İstintaq Gürcüstan qanunvericiliyinin 276-cı maddəsinin 2 ci hissəsi ilə başladılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər