13 
Fev
2020
17:43
990

Peşə təhsili sisteminə yeni standartlar tətbiq olundu

"Təhsil islahatı çərçivəsində peşə təhsili sistemində yeni standartlar tətbiq edilib. Yeni standart Gürcüstanın təhsil standartını Avropa təhsili standartına daha da yaxınlaşdıracaq".

İnterPress.ge xəbər verir ki, bu haqqda təhsil, elm, mədəniyyət və idman nazirliyi tərəfindən məlumat verilib.

Nazirliyin məlumatına görə, baş tutan dəyişikliklərlə peşə kollecləri artıq milli təhsil keyfiyyətinin inkişafı mərkəzinə müraciət edə, orta peşə proqramlarını qeydiyyatdan keçirə və baza təhsili olan (9 cu sinif ) tələbələrə peşə öyrətməklə bərabər ümumi təhsil də verə bilər.

Qeyd edək ki, sözügedən dəyişikliklər 1 il yarım ərzində hazırlanıb və bu prosesdə bütün maraqlanan tərəflər onlar arasında kollecləri, avtorizasiya şuraları, ekspertlər korpusu, QHT-lər, donor təşkilatlar və beynəlxalq ekspertlər iştirak edirdilər.

Bizimlə əlaqə saxlayın