13 
Fev
2020
10:27
1419

Gürcüstanda güclü qar: elektrik enerjisi kəsildi, məktəblər bağlandı

Gürcüstanın Acarıstan Muxtar Respublikasında son günlər yağan güclü qar bir sıra çətinliklər yaradıb.

InterPress.ge xəbər verir ki, dağlıq ərazilərdə qarın hündürlüyü 1,5 metrə çatır.

Bölgənin Xulo inzibati ərazi vahidi kəskin hava şəraitindən daha çox ziyan çəkib. Ərazi vahidliyinə aparan yollar bağlanıb. Batumi-Xulo avtomobil yolu ilə hərəkət yolsuzluq maşınlardan başqa digər nəqliyyat vasitələri üçün mümkünsüz olub.

Xulo, Şuaxevi və Keda kəndlərində ictimai məktəblərdə tədris prosesi dayandırılıb. Xulonun bir neçə kəndinin elektrik enerjisi ilə təminatında da problem yaranıb.

İntensiv qarın yaratdığı fəsadların aradan qaldırılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər