12 
Fev
2020
17:34
1244

SOCAR Marneulinin Qızılhacılı kəndində idman kompleksi inşa etdirəcək

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Marneulinin Qızılhacılı kəndində idman kompleksi inşa etdirməyi planlaşdırır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı məlumatı Marneuli bələdiyyə məclisinin bugünkü iclasında merin müavini Laşa Lobjanidze verib.

O bildirib ki, şirkət Qızılhacılı kəndində idman kompleksini tikdirəcək və təmənnasız olaraq bələdiyyəyə təqdim edəcək.

SOCAR idman kompleksinin tikintisinə 1 800 000 lari həcmində vəsait ayırıb.

Bizimlə əlaqə saxlayın