08 
Apr
2020
21:11
774

Gürcüstanda yeni növ koronavirusdan sağalanların sayı 50-ə çatdı

Gürcüstanda koronavirusdan daha 2 nəfər sağaldı, bununlada sağalanların sayı 50-ə çatdı.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Məlumata görə, ölkədə karantində 4682, stasionar nəzarətdə isə 375 nəfər saxlanılır.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 208 nəfər yoluxub, onlardan 3 nəfər dünyasını dəyişib.

Bizimlə əlaqə saxlayın