08 
Apr
2020
16:46
2678

Marneulidə gəncin evindən odlu silah tapıldı - VİDEO

Gürcüstanın Marneuli rayonunda 24 yaşlı gənc saxlanılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxs qanunsuz olaraq silah-sursatı əldə etməkdə və saxlamaqda ittiham olunur.

Gəncin yaşadığı evdə və evin həyətində aparılan axtarış zamanı 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd patron darağı və 20 ədəd patron müsadirə edilib.

Faktla bağlı istintaq aparırılır.

Gəncin günahı sübuta yetirilərsə, onu üç ildən altı ilədək həbs cəzası gözləyir.(report)

Bizimlə əlaqə saxlayın