08 
Apr
2020
09:52
1029

Məşhur jurnalist erməni alimlərinə müraciət ünvanlayıb - "Onların hansı genetik qrupa aid olduğu məni çox maraqlandırır"

Gürcüstanın “Mtavari Arxi” televiziya şirkətinin jurnalisti Georgi Qabuniya erməni alimlərinə müraciət ünvanlayıb.

InterPress.ge “Vzqlyad” qəzetinə istinadən xəbər verir ki, o, gürcülərin genetik kodunun koronavirusa qarşı daha dayanıqlı olduğunu açıqlayıb və qeyd edib ki, bu barədə erməni alimlərin fikirlərini eşitmək istərdi.

“Bizim qonşumuzun hansı genetik qrupa aid olduğu məni çox maraqlandırır. Əminəm ki, onların DNK-sı bizlərdən daha güclü olacaq və birbaşa koronavirusu məhv edəcək. Bunun üçün onlara nə vaksin, nə də dərman lazım olacaq”, - deyə tanınmış aparıcı bildirib.

Xatırladaq ki, 2019-cu ilin iyulunda Gürcüstanın “Rustavi 2” kanalının aparıcısı olan Georgi Qabuniya Rusiya rəhbərliyinə qarşı səsləndirdiyi senzurasız fikirlərlə məşhurlaşıb.(axar.az)

Bizimlə əlaqə saxlayın