07 
Apr
2020
22:50
3023

Gürcüstanda oğru dünyasının üzvləri saxlanıldı - VİDEO

Gürcüstanın Çiatura şəhərində (İmereti bölgəsi) polis əməkdaşları oğruların qeyri qanuni yolla pul mənimsəmək istədikləri və oğru dünyasına mənsub olduqları üçün iki nəfəri saxladılar.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin saytında yayımlanan açıqlamada deyilir.

İstintaq müəyyənləşdirdi ki, ittiham olunan şəxslər oğru aləminin qayda-qanunlarına əsasən marqanes istismarıyla məşğul olan şirkətin nümayəndəsindən gəlirin 30 faizini ödəməyə məcbur etməyə cəhd ediblər.

Bundan əlavə, araşdırma nəticəsində müttəhimlərin pulun bir hissəsini kriminal avtoritetlər arasında bölüşdürmə niyyətində olduqları məlum olub.

Axtarışlar nəticəsində polis müttəhimlərin əməkdaşları ilə əlaqə saxladıqları telefonlarını və kompüterlərini ələ keçirib.

Faktla bağlı istintaq başlanılıb. İstintaq "oğrular dünyasına üzv olmaq" və "oğrular dünyasında iştirak" maddələri ilə aparılır. Maddə 7-dən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın