07 
Apr
2020
20:28
1493

Həkim: "Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri keçməyəcək"

"Gürcüstanda koronavirusa yoluxanların sayı 1000 nəfəri keçməyəcək".

InterPress.ge xəbər verir ki, bu sözləri Tbilisi İnfeksiya Xəstəxanasının direktoru Tenqiz Tsertsvadze deyib.

Onun dediyinə görə, virusun yayılmasının piki iki-üç həftəyə gözlənilir.

“Mənim proqnozumla, infeksiaya yoluxanların sayı 1000-dən artıq olmayacaq. Virusun yayılmasının piki iki-üç həftə sonra gözlənilir. İnfeksiya halları artacaq və pik yenə iki-üç həftə davam edəcək. Sonra isə, epidemiya düşməyə başlayacaq. Düşünürəm ki, Gürcüstan bu vəziyyətdən minimal itgilərlə çıxacaq və əsas olan odur ki, bir-birimizin yanında duraq” – dedi Tsertsvadze.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər