05 
Apr
2020
08:55
2787

Amiran Qamkrelidze: "Aprel ayı və hətta mayın əvvəli bizim üçün çox çətin və ağır bir müddət olacaq"

"Ölkədə koronavirus hallarının artması gözlənilir".

InterPress.ge xəbər verir ki, bu barədə Xəstəliklər Nəzarətinin Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze qeyd edib.

Onun dediyinə görə, aprel ayı və hətta mayın əvvəli bu baxımdan ağır bir müddət olacaq.

“Biz heç bir zaman gizlətmədik ki, ölkədə koronavirus hallarının artmasını gözləyirik. On gün bundan əvvəl də dedim ki, indi pre-krizis fazasındayıq və çox ağır bir müddətə keçirik və virusa yoluxma halları daha da artacaq.

İlk faza xeyli uzandı, beləliklə biz vaxt qazandıq və səhiyyə sektorunu hazırladıq. İndi isə, etdiyimiz proqnozlara uymağa çalışırıq” – dedi Amiran Qamkrelidze.

Bizimlə əlaqə saxlayın