04 
Apr
2020
23:02
1148

SOCAR tərəfindən Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasına ərzaq yardımı olunub

Azərbaycan dövlət neft şirkəti SOCAR tərəfindən Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasına ərzaq yardımı olunub.

InterPress.ge xəbər verir ki, bu haqda Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasının sədri Rövşən Əliyev məlumat verib.

O qeyd edib ki, Marneuli və Bolnisi rayonlarında yaşayan 150 fiziki məhdudiyyətli insanlara Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyası vasitəsi ilə ərzaq yardımı olunub.

"Gürcüstanın Azərbaycanlı Əlillər Assosiasiyasına Marneuli və Bolnisidə yaşayan 150 fiziki məhdudiyyətli insanlara ərzaq yardımı üçün dəstək olundu. Bir təşkilat olaraq bu gün 100 fiziki məhdudiyyətli insanlara bizim vasitəmizlə yardım göstərildi, daha 50 nəfərədə yardım göstəriləcək", - Rövşən Əliyev bildirdi.

R. Əliyev eyni zamanda bu təşəbbüs üçün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə birinci xanım Vitse Prezident Mehriban Əliyevaya SOCAR şirkətinin Prezidenti Rövnəq Abdullayevə Gürcüstan nümayəndəsinin rəhbəri Mahir Məmmədova öz dərin təşəkkürlərini bildiririb.

Bizimlə əlaqə saxlayın