04 
Apr
2020
17:23
984

Marneulidə bağça uşaqlarının qidaları ailələrinə veriləcək

Marneuli Munisipaliteti Meriyası və Munisipalitetin QKHŞ Uşaq bağçaları Birliyinin qərarına əsasən, bağçalarda uşaqların qidalanması üçün nəzərdə tutulmuş məhsul, uşaqların ailələrinə veriləcək.

InterPress.ge xəbər verir ki, bu haqda Marneuli meryası məlumat yayıb.

Gələn həftədən etibarən, Munisipalitetin QKHŞ Uşaq bağçaları Birliyi, bütün bələdiyyədə yaşayan cəmi, 2016 bağça uşağı üçün (sosial statusundan aslı olmayaraq), nəzərdə tutulmuş 60 günlük ərzaq məhsullarını təqdim edəcək.

Sözü gedən layihəni həyata keçirmək üçün, Özünüidarəetmə təxminən, 130 000 lari vəsait ayırıb.

Bizimlə əlaqə saxlayın