04 
Apr
2020
10:09
1237

Paytaxt Tbilisidə küçələrin dezinfeksiya işləri davam edir - FOTO

Koronavirusun yayılmasının qarşısını almaq və vətəndaşların təhlükəsizliyini təmin etmək üçün paytaxt küçələrini dezinfeksiyaedici maddələrlə yuyulması davam edir.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi şəhər meriyasından verilən məlumata bildirilir.

Tbilservice Group və Daxili İşlər Nazirliyinin Təcili İdarəetmə Xidməti birgə iş aparır, bu dəfə Saburtalo rayonunun Kavurtaradze küçəsində və Kazbegi prospektində, həmçinin Qldani rayonundakı Bochorişvili, Naneişvili, Ketsxoveli və Cabidze küçələrində dezinfeksiya işləri aparılıb.

Tbilisi meri Kaxa Kaladze Tbilservice Qrupunun rəhbəri Romeo Mikautadze və Təcili İdarəetmə Xidmətinin rəhbəri Temur Mghebrişvili ilə birlikdə Kavtaradze küçəsində davam edən işlər ilə tanış olub.

"Küçələrə dezinfeksiyaedici maddələrlə yuyulması davam edir. Artıq bu cür dezinfeksiya işləri üç yerdə keçirilib. Bunlar: Pekin prospekti, Kostava küçəsi və Hualing qəsəbəsi Varketili metro stansiyasına qədər olan ərazidir. Əlbəttə ki, bu prosesi bütün şəhər boyu, izdihamlı bütün küçələrdə davam etdirəcəyik. Yolun hərəkət hissəsinə əlavə olaraq səkilər də hazırlanır”, - dedi Kaxa Kaladze.

Bizimlə əlaqə saxlayın