04 
Apr
2020
09:31
1424

Rustavidə koronavirusun iki yeni halı qeydə alındı

Rustavidə koronavirusun iki yeni halı qeydə alındı.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Kvemo-Kartli bölqəsinin qubernatoru Şota Rexviaşvili, “Moambe” xəbərlər buraxılışının canlı yayımına qoşulan zaman təsdiqlədi.

Rexviaşvilinin məlumatına görə, infeksiyaya yoluxanlar bir ailədəndirlər.

“İnfeksiyaya yoluxan iki nəfərin yoluxma mənbəsini identifikasiya etməyə çalışırıq” – dedi Şota Rexviaşvili.

Rəsmi məlumata görə, hazırda Gürcüstanda koronavirusa yoluxmanın 155 halı qeydə alınıb.

Bizimlə əlaqə saxlayın