03 
Apr
2020
20:38
2324

Marneulidə səhra xəstəxanası ləğv olundu

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəsi Xidməti Marneuli şəhərində karantin üçün hazırlanan səhra xəstəxanası ləğv olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Koordinasiya Şurası qərar qəbul edib.

“Marneulidə mövcud olan tibb mərkəzindən karantin rejiminin götürüldüyünə görə, klinika hər zamanki faliyyətinə qayıtdı, yəni yerli əhaliyə tibbi xidmət etməyə davam edəcək. 100 nəfər üçün nəzərdə tutulan səhra xəstəxanası isə, ləğv edildi” – deyilir fövqəladə hallar idarəsi xidmətinin yaydığı məlumatda.

Məlumatda qeyd olunub ki, bu günə qədər səhra xəstəxanasında 200-ə yaxın pasiyent tibbi yoxlamadan keçib.

Bizimlə əlaqə saxlayın