03 
Apr
2020
19:25
2032

Son bir gündə 400-dən çox insan cərimələndi - VİDEO

Son bir gündə Gürcüstanda 491 fövqəladə vəziyyət rejiminin pozulması faktı aşkar edilib.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin saytında verilən açıqlamada deyilir.

Koronavirus pandemiyası səbəbindən ölkədə 21 aprel tarixinə qədər fövqəladə vəziyyət rejimi tətbiq edilib. Martın 31-dən etibarən Gürcüstanda ümumi karantin elan edildi və saat 21: 00-dan 06: 00-a qədər komendant saatı tətbiq edilib.

Bir gündə 189 nəfər komendant saatını pozduğu üçün cərimə olundu. Digər 19 vətəndaş isə sosial məsafəyə riayət etməməsinə və üç nəfərdən artıq bir yerə toplanmasına görə cərimələndi.

Bir fakt məhdud iqtisadi fəaliyyət haqqında qaydanın pozulmasına aiddir.

Çox vaxt polis sürücüləri cərimələməlidir. Gün ərzində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən nəqliyyat qaydalarının pozulması ilə bağlı 280 hadisə qeydə alınıb.

Eyni zamanda, iki vətəndaş özünü təcridetmə rejimini pozuğu üçün cərimələnib, karantin zonalarına köçürüldü.

Qeyd edək ki, Gürcüstanda fövqəladə vəziyyət rejiminin pozulması inzibati cərimələrə səbəb olur: fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari cərimələnir. Fövqəladə vəziyyət rejiminin təkrar pozulması cinayət əməlidir və üç ilə qədər həbs cəzası nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın