03 
Apr
2020
15:22
1253

Marneulidə 105 min nəfər koronavirus yoxlamasından keçib

Gürcüstanın Marneuli rayonunda əhali arasında tibbi yoxlama prosesinin birinci mərhələsi başa çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə rayonun icra başçısı Zaur Darğallı bildirib.

Onun sözlərinə görə, 105 min insanın termoskrininq metodu ilə hərarəti ölçülüb və həmin şəxslərin heç birində koronavirus təsdiqlənməyib.

Z.Darğallı Marneulidə tibbi yoxlamanın ikinci mərhələsinin bir neçə gündən sonra başlayacağını qeyd edib.(report)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər