30 
Mar
2020
13:38
620

Gürcüstanda koronavirusa yoluxanların sayı 98-ə çatıb

Gürcüstanda yeni növ koronavirusa (COVİD-19) yoluxma hallarının sayı 98-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 4978, stasionar müalicədə isə 266 nəfər var. Virusa yoluxmuş şəxslərdən 18-i isə artıq sağalıb.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-də təsdiqlənib.

Bizimlə əlaqə saxlayın