29 
Mar
2020
22:44
922

Marneuli meriyası 1000-ə yaxın ailəni ərzaqla təmin edib - FOTO

Marneuli Munisipalitetində, Koronavirusun qarşısının alınması tədbirləri və bu istiqamətdə mövcud olan "Evdə qal" kampaniyası çərçivəsində, bir sıra yerli sahibkar və özəl şəxslər xeyriyyəçilik fəaliyyətləri həyata keçirdilər.

InterPress.ge xəbər verir ki, onların bağışladığı ərzaq məhsulları, Munisipalitetin Mədəniyyət Evində saxlanılır, Munisipalitet miqyasında yaşayan, müxtəlif kateqoriyadan olan sosial cəhətdən həssas ailələr və yaşlılar mərhələli şəkildə həmin ərzaqlar ilə təmin edilirlər.

Bu günə kimi Marneuli meryası 1000-ə yaxın ailəni ərzaqlar təmin edib.

Bizimlə əlaqə saxlayın