29 
Mar
2020
09:46
882

Milli Qvardiyanın Vətəndaş Ofisinin təmizlik xidmətinin altı əməkdaşında koronavirus təsdiqləndi

Milli Qvardiyanın Vətəndaş Ofisinin təmizlik xidmətinin, (martın 21-dən öztəcriddə olan) altı əməkdaşında koronavirus təsdiqləndi.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Müdafiyə Nazirliyi yayır.

Müdafiyə Nazirliyinin bəyanatında bildirilir ki, təsdiqlənən hallardan irəli gələrək, virusun daha çox yayılmasının prevensiyası üçün nazirlikdə ciddi tədbirlər görüldü.

Xəstələnən şəxslərlə ünsiyyətdə olan səkkiz nəfər, tibbi yoxlanış məqsədi ilə, Qori hərbi hospitalına aparıldı.

Virusun mənbəyi identifikasiya edilib və əməkdaşlardan birinin məlumatına görə, o Azərbaycandan gələn bir ailə ilə bağlıdır.

Xatırladaq ki, martın 12-dən Müdafiyə Nazirinin əmri əsasında, hərbi əməkdaşların əksəriyyəti distansya rejimində işləyirdi. Silahlı qüvvələr isə, martın 21-dən kazarma rejiminə keçmişdilər.

“Qvardiyanın vətəndaş ofisinin təmizlik xidmətinin əməkdaşlarının digər hərbi hissələrlə əlaqələri olmayıb. İnfeksiayaya yoluxanların hamısı Nazirliyin hərbi hospitalına keçiriliblər” – deyilir Nazirliyin bəyanatında.

Bizimlə əlaqə saxlayın