28 
Mar
2020
20:48
1495

Gürcüstanda yeni koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa 5 yeni yoluxma halı qeydə alınaraq koronavirusa yoluxanların sayı 86-a çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4534 nəfər, stasionar müalicədə isə 276 nəfər var.

Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 16 nəfəri artıq sağalıb.

Bizimlə əlaqə saxlayın