28 
Mar
2020
19:45
770

MÜSİAD Tbilisidən Gürcüstanda koronavirusla mübarizəyə dəstək - FOTO

Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyi Tbilisidən (MÜSİAD) Gürcüstanda koronavirusla mübarizəyə dəstək üçün Tbilisi meriyasına şəhərin dezinfeksiya ehtiyaclarını qarşılamaq üçün xüsusi dərman hazırlayan maşın müvəqqəti olaraq verilib.

İnterPress.ge xəbər verir ki, bu barədə MÜSİAD Tbilisi təmsilçisi Özgür Yücəl özünün “Facebook” hesabında bildirib.

O, eyni zamanda bu çətin günlərin bitənə qədər hər kəsi Gürcüstan dövlətinin və dost Gürcüstan xalqının yanında olmağa, maddi və mənəvi dəstək göstərməyə dəvət edib.

Bizimlə əlaqə saxlayın