28 
Mar
2020
10:31
714

Gürcüstanda yeni koronavirusa yoluxanların sayı 85-ə çatdı

Gürcüstanda koronavirusa 2 yeni yoluxma halı qeydə alınaraq koronavirusa yoluxanların sayı 85-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4641 nəfər, stasionar müalicədə isə 239 nəfər var.

Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 14-ü artıq sağalıb.

Bizimlə əlaqə saxlayın