28 
Mar
2020
09:37
1523

Gürcüstanda koronavirusa yoluxanların sayı artıb

Gürcüstanda koronavirus infeksiyasına yoluxanların sayı 83 nəfərə çatıb, 14 nəfər isə sağalaraq xəstəxanaları tərk edib.

InterPress.ge xəbər verir ki, bu barədə xəstəliyin monitorinqi üzrə xüsusi saytda bildirilib.

Bundan əvvəl ölkədə 81 yoluxma halının olduğu bildirikirdi.

Məlumata görə, hazırda 4641 nəfər karantində saxlanılır, 239 nəfər isə nəzarət altındadır. Virusa yoluxanlar arasında beş uşaq və bir hamilə qadın da var. Onların səhhəti qənaətbəxş hesab olunur.

Bizimlə əlaqə saxlayın