27 
Mar
2020
20:40
1380

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

Koronavirusdan sağalanların sayı 14 nəfərə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Tbilisinin Mərkəzi Yoluxucu Xəstəliklər Xəstəxanasının drekdoru Marina Ezuqbaya bildirib.

Ümumilikdə Gürcüstanda 81 koronavirus hadisəsi qeydə alınıb. Son 24 saat ərzində Gürcüstanda bərpa olunanların ümumi sayı 10-dan 14-ə yüksəldi. Bu gün daha iki xəstə Tiflis klinikasını, bir nəfər isə Saçxere Tibb Mərkəzini tərk etdi.

“13-cü xəstəmiz klinikamızı tərk etdi. Onun klinik və radioloji araşdırmalarının nəticələri onu evə buraxmaqa imkan verdi. İki həftə özünü təcriddə keçirəcək. Bizim klinikamızı tərk edən bütün xəstələr iki həftə təcrid olunmağa davam edirlər.", - deyə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezuqbay jurnalistlərə bildirib.

Bir xəstənin tamamilə sağaldığını hesab etmək üçün 24 saat ərzində iki koronavirus testi mənfi olmalıdır. Bundan əlavə, buraxılan zaman laboratoriya müayinələrinin nəticələri nəzərə alınır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər