27 
Mar
2020
20:28
2826

Marneuli meryası yardıma ehdiyac olan vətəndaşlara ərzaq məhsulları paylamaqda davam edir - FOTO

Marneulidə, ailələri ərzaq məhsulları ilə təmin etmək davam edir.

InterPress.ge xəbər verir ki, Marneuli bələdiyyəsində Koronavirusun yayılmasının qarşısını almaq çərçivəsində, 23 Mart tarixindən etibarən, sosial cəhətdən aztəminatlı ailələr və tək yaşayan yaşlı insanlar mütəmadi olaraq zəruri məhsullarla təmin olunur.

Marneuli meriyası, bu mərhələdə 570 ailəni ərzaq məhsulları ilə təmin edib. Marneulidə fəaliyyət göstərən ticarət obyektləri və özəl şəxslər, sosial yardım tədbirlərində Munisipalitetin meriyası ilə birgə fəal şəkildə iştirak etdiblər.

Bizimlə əlaqə saxlayın