27 
Mar
2020
11:24
1388

Kutaisidə bir gəncdə koronavirus aşkarlanıb

Kutaisi laboratoriyasında yeni koronavirusa yoluxma faktı təsdiqlənib.

InterPress.ge ipn-ə istinadən xəbər verir ki, koronovirusa yoluxan gəncdir.

Xəstəliklərə Nəzarət İmereti Bölməsinin Uhoris şöbəsindən Qoça Qiorqidze qeyd edib ki, xəstə əslən Kutaisidən deyil və o klinikaya karantindən aparılıb.

Bildirilir ki, vətəndaşın Fransaya səyahət tarixi var.

Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxanların sayı 81-ə çatıb, onlardan 13 nəfəri tam sağalıb.

Bizimlə əlaqə saxlayın