27 
Mar
2020
09:24
2334

Gürcüstanda koronavirusdan sağalanların sayı artdı

Gürcüstanda 11 pasiyent koronavirusdan tam sağalıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4 427 nəfər, stasionar müalicədə isə 257 nəfər var.

Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 79 nəfər yoluxub.

Bizimlə əlaqə saxlayın