26 
Mar
2020
17:00
1550

Marneuli və Bolnisidə 2 nəfərdə koronavirus aşkarlanıb

Gürcüstanın Bolnisi rayonunda sürətli koronavirus testləri zamanı qadında koronavirus aşkarlanıb.

InterPress.ge xəbərinə görə, bu barədə Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının kliniki direktoru Lali Turdzeladze bildirib.

Onun sözlərinə görə, virus 24-25 həftəlik hamilənin testi müsbət olub. Qadının Tbilisiyə gətirildiyi və burada təkrar analizlərinin Luqar klinikasına göndəriləcəyi qeyd olunub.

Bundan başqa, Marneuli rayonunda daha bir nəfərdə koronavirusa yoluxma təsdiqlənib. L. Turdzeladze bildirib ki, həmin şəxsin birinci yoluxma ilə əlaqəsinin olub-olmaması hələlik məlum deyil.

Qeyd edək ki, 23 mart tarixindən etibarən Marneuli və Bolnisi rayonlarında sərt karantin rejimi elan edilib.

Bizimlə əlaqə saxlayın