26 
Mar
2020
10:44
804

Gürcüstanda yeni koronavirusa yoluxanların sayı 77-ə çatdı

Gürcüstanda koronavirusa 2 yeni yoluxma halı qeydə alınaraq koronavirusa yoluxanların sayı 77-ə çatıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində təsis etdiyi internet saytında məlumat verilib.

Bildirilib ki, hazırda ölkə üzrə karantində 4055 nəfər, stasionar müalicədə isə 252 nəfər var.

Qeyd edək ki, virusa yoluxmuş şəxslərdən 10-u artıq sağalıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər