25 
Mar
2020
16:49
940

Zaur Darğallı: "Mövcud vəziyyətin öhdəsindən biz birlikdə gələcəyik”

"Mənim həmvətənlərim, bilirsiniz ki, Munisipalitetimizdə xüsusi karantin vəziyyəti elan edilib. Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə sizlərə sakitliyinizi qorumağı və evdə qalmağı tövsiyə edirik".

InterPress.ge xəbər verir ki, bu sözləri Marneuli meri Zaur Darğallı deyib.

Z. Darğallı hər bir vətəndaşın sağlamlıqı və təhlükəsizliyi üçün hərşey edildiyini və Mərkəzi Hökumətlə birgə müxtəlif səmərəli tədbirlər həyata keçirildiyini qeyd edib.

"Biz, sizin sağlamlığınız və təhlükəsizliyiniz üçün hər şeyi edirik. Marneuli Munisipalitetinin Özünüidarəetməsi, əhaliyə kömək etmək üçün, Mərkəzi Hökumətlə birgə müxtəlif səmərəli tədbirlər həyata keçirdi. Həmçinin bizim könüllülərimiz sosial cəhətdən həssas ailələrə: sosial paketlər, zəruri əşyalar və ərzaqlar payladılar. Bununla yanaşı, artıq üçüncü gündür ki, Munisipalitetimizin kəndlərində və şəhər küçələrində - avtomobil hərəkət edərək: gürcü, azərbaycan və erməni dillərində əhaliyə mövcud vəziyyətlə bağlı məlumat və tövsiyələr verir. Marneuli Munisipaliteti Meriyasının Məlumat Xətti də fövqəladə vəziyyətdən irəli gələrək - 24 saat fəaliyyət göstərməsi də diqqətəlayiqdir", - dedi Zaur Darğallı.

O həmçinin qeyd edib ki, mövcud vəziyyətdən çıxmaq və adi həyat tərzinə qayıtmaq üçün hərşey edilir, bunun üçün sakinlərin köməyinə ehtiyac var.

"Mövcud vəziyyətin ohdəsindən mərhələli şəkildə, düzgün addımlarla gəlmək və adi həyat ritminə qayıtmaq üçün əlimizdən gələni edirik. Bunun üçün sizin köməyinizə ehtiyacımız var, mənim həmvətənlərim, bir daha sizi, yüksək vətəndaş məsuliyyətini üzərinizə götürməyə və evdə qalmağa çağırırıq. Hər şey yaxşı olacaq.“ - Zaur Darğallı.

Bizimlə əlaqə saxlayın