20 
Mar
2020
12:30
2964

Munisipalitet mülkiyyətində olan binalardan və sahələrdən istifadə edən sahibkarlara ŞAD XƏBƏR

Munisipalitet mülkiyyətində olan binalardan və sahələrdən (kənd təsərrüfatı torpaqları istisna olmaqla) istifadə edən sahibkarları müəyyən müddətə kirayə ödənişindən azad edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Marneuli meryası məlumat yayır.

Bildirilri ki, ölkədə koronavirusun yayılmasına görə, ölkədə yaranmış vəziyyəti nəzərə alaraq bu addım atılıb.

"Munisipalitetinin Meriyası, Koronavirusun (COVID 19) yayılmasına görə ölkədə yaranmış vəziyyəti nəzərə alaraq, icarə müqaviləsi çərçivəsində, Munisipalitet mülkiyyətində olan binalardan və sahələrdən (kənd təsərrüfatı torpaqları istisna olmaqla) istifadə edən sahibkarları, müəyyən müddətə icarə ödənişindən azad edəcək", - Marneuli meriyası tərəfində yayılan məlumatda qeyd olub.

Bizimlə əlaqə saxlayın