19 
Mar
2020
15:21
3393

Gürcüstanda martın 23-dək olan hava şəraiti açıqlandı

Yaxın günlərdə Gürcüstanda isti olacaq, ölkə daxilində hava yağışsız kecəcəyo gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Agentliyinin məlumatında deyilir.

Martın 19-da Gürcüstanın əksər hissəsində hava yaxşılaşacaq. Dağətəyi ərazilərdə havanın temperaturu +7 ilə +12 dərəcə arasında olacaqdır.

Martın 20-22-də bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Günorta saatlarında düzən ərazilərdə havanın temperaturu +9, +14 dərəcəyə bərabər olacaq. Gürcüstanın qərbində martın 22-də hava +18 dərəcəyədək istiləşəcək.

Martın 23-də hava proqnozları yağışsız isti hava vəd edir. Ölkədə gündüz +18 dərəcədən +23 dərəcəyə qədər isti olacaq.

Bizimlə əlaqə saxlayın