14 
Mar
2020
12:51
2326

Gürcüstan-Azərbaycan sərhədində xüsusi dəhliz yaradıldı

"Gürcüstan hökümətinin qərarına əsasən, Gürcüstan-Azərbaycan istiqamətində nəqliyyat vasitələrinin məhdudlaşdırılması 10 gün ərzində həyata keçiriləcək. Gürcüstan və Azərbaycan sərhədində yaradılmış xüsusi dəhliz də bu müddətdə fəaliyyət göstərəcək".

InterPress.ge xəbər verir ki, bu barədə hökümət adminstrasiyasından bildirilib.

Məlumata görə, dəhliz vasitəsilə Azərbaycanda olan Gürcüstan vətəndaşları öz ölkəsinə, Gürcüstanda olan Azərbaycan vətəndaşları isə ölkəmizə qayıdacaqlar.

Ötən gecədən etibarən Azərbaycanla Gürcüstan arasında bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, Həmçinin Gürcüstana gedən avtobuslara müvəqqəti məhdudiyyət qoyulub.

Xatırladaq ki, məhdudiyyət yük daşıyan maşınlara aid deyil.

Qeyd edək ki, hər iki ölkənin vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədi ilə 2020-ci il 14 mart saat 00:00-dan etibarən 10 günlük müddətə Azərbaycan və Gürcüstan arasında dövlət sərhədindən hər iki ölkənin vətəndaşları üçün müvəqqəti bağlanması barədə qərar qəbul edilib. Azərbaycan ərazisində olan Gürcüstan vətəndaşlarının ölkədən çıxması, Gürcüstan ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq. Eyni zamanda yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhlizi də fəaliyyət göstərəcək.

Bizimlə əlaqə saxlayın