27 
Fev
2020
18:55
979

Gürcüstanda koronavirus aşkarlanan şəxs yerli azərbaycanlıdır

Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs Marneulidən olan yerli azərbaycanlıdır.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanası və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzində təsdiqləyiblər.

Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, ölkədə koronavirusa yoluxma halı ötən gün aşkar olunub. Virusun təsdiq olunduğu həmin şəxs İrandan Azərbaycan vasitəsilə Gürcüstana qayıdıb.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri