20 
Fev
2020
15:08
1647

Qardabanidə daha bir ailə yaşadığı evdən çıxarıldı

Gürcüstanın Qardabani rayonunda 7 nəfərdən ibarət ailə yaşadığı evdən çıxarılıb.

InterPress.ge xəbər verir ki, buna səbəb ailənin 10 il əvvəl götürdüyü kredit üzrə borcunu ödəməməsidir.

Ötən axşam məhkəmə icraçıları Hacıyevlərin evinin qapısını qıfıllayıb. Bu zaman ailə evdə olmayıb. Evə qayıdan ailə üzvləri qıfılı sındıraraq içəri daxil olublar. Əraziyə çağırılan polis əməkdaşları ailəni güc tətbiq edərək mənzildən çıxarıb.

Qardabani rayon sakinləri Hacıyevlərin evinin qarşısına toplaşıb və ailəyə dəstək nümayiş etdiriblər.

Qardabani sakinləri bildiriblər ki, son illər rayonda evləri əllərindən alınan ailələrin sayı artıb.

Qeyd edək ki, ötən həftə Qardabaninin Qaratəhlə kəndində yaşayan beşuşaqlı Hüseynovlar ailəsi də yaşadığı evdən çıxarılıb. Buna səbəb ailənin ipoteka borcunu ödəməməsi olub.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri