18 
Fev
2020
10:44
222

Dövlət administrasiyasının İnsan Hüquqları Katibliyi maaşlı təcrübə proqramı elan edir

Gürcüstanın dövlət adminstrasiyasının İnsan Hüquqları Katibliyi maaşlı təcrübə proqramı elan edir.

InterPress.ge xəbər verir ki, bu məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayıb.

Proqram çərçivəsində katibliklə bərabər işləyəcək olan üç təcrübəçi seçiləcək. Onlar insan hüquqları ilə bağlı olan siyasi sənədlərinin təqdiqat və təhlili ilə məşğul olacaqlar. Təcrübəçilər həmçinin beynəlxalq hesabları da təhlil dəcəklər.

“Proqram çərçivəsində seçilən təcrübəçilər idarələrarası şura və İnsan Hüquqları Katibliyinin səlahiyyətlərinə aid olan tədqiqatlar aparacaq və İnsan hüquqlarının müdafiəsi şurasının daimi tematik işçi qruplarının iş koordinasiyasının asanlaşdırma prosesində iştirak edəcəklər. Müsabiqədə hüquq, politologiya və ya beynəlxalq əlaqələr üzrə ali təhsili olan şəxslər iştirak edə bilər.

Müsabiqə mövzularına Gürcüstan konstitusiyası, Gürcüstan qanunu ilə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, qadına qarşı zorakılığın və ya ailədə zorakılığın ləğvi, zorakılıq qurbanlarının qorunması və yardımı daxildir. Həmçinin, Uşaq Hüquqları qanunvericiliyi, 2014-2020-ci illərin İnsan Hüquqlarının müdafiyəsi üzrə milli strategiya, Gürcüstan İnsan hüquqlarının müdafiyəsinin 2018- 2020- ci illər üzərə dövlət fəaliyyət planı, qadına qarşı və ailədə zorakılığa qarşı mübarizə və qurbanları qorumaq üçün 2018-2020-ci illərdə aparılan tədbirlərin planı və Gürcüstanın BMT Təhlükəsizlik Şurasının qadınlara, sülhə və təhlükəsizliyə dair olan 2018-2020-ci il tarixli qətnamələrinin icrası üzrə milli fəaliyyət planıda bu müsabiqələrinin mövzularına daxildir.

Namizədlər həm sınaqdan keçiriləcək , həm də müsahibə verəcəklər. Təcrübə müddəti altı aydır”, - dövlət adminstrasiyasıda bildiriblər.

Maraqlanan şəxslər daha geniş məlumatı Dövlət Xidmət Bürosunun vakansiyalarının veb saytından ala bilərlər.

http://bit.ly/2vwvuHt

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri