17 
Fev
2020
20:47
1483

Ağbulaq bələdiyyəsində yerli sakinlər ayağa qalxdı - Etiraz edirlər

Ağbulaq bələdiyyəsinin Xaişi kəndində sakinlər son zamanlarda oğurluq hallarının çoxalmasına görə etiraz aksiyası keçiriblər.

InterPress.ge-nin məlumatına görə, aksiyaya səbəb son zamanlarda oğurluq halları çoxalmasıdır.

Etirazçılar aksiya zamanı avtomobil yolunu bağlamağa cəhd göstərsələr də polis tərəfindən bu cəhdin qarşısı alınıb.

Əhalinin açıqlamasına görə mal qara otaqlardan oğurlanır və polis bu hallara heç bir müdaxilə etmir.

Sakinlər müvafiq orqanları vaxtında reaksiya göstərməyə çağırır əks halda daha çox insanla aksiya keçirəcəklərini vurğulayırlar.

Hadisə ilə bağlı Ağbulaq bələdiyyəsinin meri etirazçılarla görüşüb.

Onun qeyd etdiyinə görə, əhali mal qaralarını otaqlara çobansız buraxırlar və nəticədə mal qara diqqətsiz qalır.

Əhalinin tələb etdiyi kompensasiyaya gəldikdə isə bələdiyyə meri bunun mümkün olmadığını və qanuna zidd olduğunu vurğulayıb.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri