17 
Fev
2020
17:59
599

Tbilisidə avtomobilərdən katalizatoru oğurlayanlar saxlanılıb

Tbilisidə oğurluq ittihamı ilə 3 şəxs yaxalanıb.

InterPress.ge xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Daxili İşlər Nazirliyinin Tbilisi polis departamentinin və İsani - Samqori bölməsinin əməkdaşları 1993 cü il, 1996 cı il və 2000 ci il təvəllüdlü şəxsləri Tbilisidə saxlayıblar.

İstintaq nəticəsində məlum olub ki, müttəhimlər avtomobil oğurlayıb katalizatorlarını çıxardaraq maşınqayırma müəssisələrinə satıblar.

Polis satılan avtomobil hissələrini maddi sübut kimi götürüblər.

Faktla bağlı istintaq davam edir. Saxlanılanları 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri