16 
Fev
2020
13:27
6054

Qardabanidə başı kəsilən qızın anası cinayətdən danışdı - FOTO

Dünən gecə saatlarında Qardabani bələdiyyəsinin Qaracalar kəndində cinayət hadisəsi baş verib.

InterPress.ge xəbər verir ki, keçmiş əri qadının boğazını kəsib.

Hadisənin təfərrüatlarını danışan qızən anası Təzəgül Hüseyinova oğlanın narkoman olduğunu deyib.

"Qızmın keçmiş əri narkoman idi. Qızımla bir il idi ki, boşanmışdılar. Əvvələr mənədə xəsarət yetirmişdi və bunun üstündə o məhkumluq həyatı yaşamışdı. Oğlan Rusiyada idi iki gündür gəlib. Bizə gəldi məndən pul istədi, məni tutub divara çırpdı, mən əlindən çıxıb qonşuları köməyə çağırmağa çıxdım, geri evə qayıdanda mənə dedi ki, get qızının meyidini qucağla, içəri girib gördüm ki, qızımın boğazı kəsilib yerdədir" - dedi qızın anası.

Qonşukarının verdiyi məlumata görə, oğlan və qız arasında sıx-sıx mübahisələr olurdu. Oğlanın narkotikdən istifadə etməsinə görə, qız oğlandan ayrılmışdı.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri