15 
Fev
2020
09:17
440

Marneuli meri Zaur Darğallı 2020-ci il üçün nəzərdə tutulmuş Gənclər Proqramını təqdim edib

Marneuli Munisipalitetinin meri, Zaur Darğallı, 2020-ci il üçün nəzərdə tutulmuş, Gənclər Proqramını təqdim edib.

InterPress.ge xəbər verie ki, Z. Darğallı təqdimat çərçivəsində, Munisipalitet tərəfindən gənclər istiqamətində görülən işlər və yerli büdcədə nəzərdə tutulmuş gənclər proqramları haqqında ictimaiyyətə geniş məlumat verib.

Təqdimatda yerli gənclər və maraqlanan təşkilat nümayəndələrinin iştirak edib.

Qeyd edək ki, proqramın əsas prioriteti - Gənclər Şurasının yaradılmasıdır. Sözü gedən şura, gənclərin səmərəli iştirakı və özünüidarəetmə ilə gənclər arasında qurulan dialoqun təşviqi üçün bir mexanizm olacaq. Yeni proqram çərçivəsində Munisipalitet, yaxın gələcəkdə, 60 000 lari dəyərində olan "Gənclər Ideyaları" Müsabiqəsini elan edəcək və 2020-ci il ərzində özünüidarəetmə tərəfindən maliyyələşdiriləcək. Ideyalar Müsabiqəsində - gənclər, təşəbbüs qrupları və gənclər təşkilatları iştirak edə biləcəklər.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri