14 
Fev
2020
23:19
429

Gürcüstanda tikintidə uçqun oldu, xəsarət alanlar var - FOTO

Gürcüstanda Rikoti magistralının tikinti sahəsində obyektlərdən birində uçqun baş verib.

InterPress.ge xəbər verir ki, hadisə zamanı üç nəfər xəsarət alıb.

Yol tikintisində çalışan həmin şəxslər xəstəxanaya çatdırılıblar. Onlardan ikisi yüngül xəsarətlər aldığından klinikadan buraxılıb.

Faktla bağlı araşdırma aparılır.(report)

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri