14 
Fev
2020
16:43
409

Ankara Çindən təxliyə olunan Gürcüstan vətəndaşlari ilə bağlı məlumatları açıqladı

Fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-ambulans təyyarəsi Çinin Uhan şəhərindən 42 nəfəri təxliyə edib

Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb. Qeyd edək ki, təxliyə olunan şəxslər siyahısında azərbaycanlılar da olub.

Bu barədə İnterPress.ge "Yeni Şafak"a istinadən xəbər verir.

Məlumata əsasən, təxliyə edilənlər 14 günlük karantin müddətindən sonra evə buraxılıblar.

Qeyd edək ki, fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi-ambulans təyyarəsi Çinin Uhan şəhərindən 42 nəfəri təxliyə edib. Onlardan 32-i Türkiyə, 6-sı Azərbaycan, 3-Gürcüstan, 1-i isə Albaniya vətəndaşı olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri