13 
Fev
2020
19:09
701

Həyat yoldaşını 11 yaşlı uşağının gözünün qabağında balta ilə hədələyən şəxs saxlanılıb - VİDEO

Axalçixe rayonunun Svir kəndinin 44 yaşlı sakini ailə zorakılığı ittihamı ilə saxlanılıb.

İnterPress.ge xəbər verir ki, bu barədə bu gün Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müttəhim 33 yaşlı həyat yoldaşını 11 yaşlı uşağının yanında döyüb. Bundan əlavə, kişi qadını öldürmək və ya vurmaqla ilə hədələyib.

Polis sübut olaraq ailənin evindən odlu silah və balta götürüb.

Təhdid və zorakılıq faktları üzrə istintaq davam edir. Saxlanılan şəxsi bir ildən üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözlənilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri